Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlim proqramı təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyinin regionlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf mərkəzlərinin Qax rayonu və ətraf rayonlardan olan əməkdaşları üçün 28 aprel – Əməyin Mühafizəsi Günü münasibətilə təlimlər təşkil olunub.


Təlimin əsas məqsədi iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təşkili, işçilərin əməyin mühafizəsi sahəsində maarifləndirilməsi, texniki və yanğın təhlükəsizliyi qaydaları üzrə biliklərinin artırılması, eləcə də bu sahədə koordinasiyanın gücləndirilməsi olub.


Təlimə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əməyin mühafizəsi üzrə mühəndisi Rövşən Məmmədov təlimçi qismində dəvət olunub.


Təlim proqramı çərçivəsində iştirakçılara əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.