AƏSMA-nın prorektoru UNEC-in “Elm Günləri” tədbirində əməkdaşlara sertifikatlar təqdim edib

1-3 Aprel, 2026-cı il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) hər il ənənəvi olaraq “Elm günləri” keçirilib.


Tədbirin əsas məqsədi elmi fəaliyyətin təşviqi, akademik ənənələrin qorunması, tədqiqatların keyfiyyətinin artırılması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi olmuşdur.


Tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova çıxış edərək elmi nəşrlərin beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyini vurğulamışdır. Daha sonra o, UNEC-in elmi jurnallarının redaktorlarına İSSN beynəlxalq identifikatorlarını təsdiq edən sertifikatları təqdim etmişdir.