AƏSMA-da “Şəhərsalma və memarlıqda transformasiya” adlı interaktiv seminar keçirilmişdir

”Riyaziyyat və informasiya texnologiyaları” kafedrasının təşkilatçılığı ilə 2026-cı ilin “Şəhərsalma və memarlıq” ili elan edilməsi ilə əlaqədar olaraq 03.04.2026-cı il tarixində AƏSMA-da “Şəhərsalma və memarlıqda transformasiya” adlı interaktiv seminar keçirilmişdir. Seminarda ilkin olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən, tibb üzrə fəlsəfə doktoru Fərid Babayev rəsmi açılış edərək tədbirdə iştirak edən qonaqlara və akademiya heyətinə öz təşəkkürünü bildirdi və mövzu ilə əlaqədar çox maraqlı məlumatlar verdi.


Məruzəçilərdən AR ETN Coğrafiya İnstitutu PHŞ-nin “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Mirnuhx İsmayılov “Urbanizasiya və təbii landşaftların transformasiyası” mövzusunu video-təqdimatla izah edərək, bu sahənin xarakterik xüsusiyyətləri və müasir vəziyyəti ilə əlaqədar geniş məlumat verdi. “Riyaziyyat və informasiya texnologiyaları” kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Niyar Umarova “Şəhərsalma və memarlıqda texnologiya. Ağıllı layihələr” və həmin kafedranın müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sirac Məmmədov “Şəhərsalma və memarlıqda ekologiya” mövzusunu maraqlı faktlarla izah etdilər.


Sonda AƏSMA Tədris şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Məmədtağı Rzayev və “Riyaziyyat və informasiya texnologiyaları” kafedrasının müəllimi Yunis Ələkbərov seminarın mövzusu ilə əlaqədar olaraq çox maraqlı məlumat verərək geniş əhatəli çıxışlar etdilər. Tədbirin sonunda tibb üzrə fəlsəfə doktoru Fərid Babayev konfrans iştirakçılarına aktiv fəaliyyətləri üçün təşəkkür edərək qeyd etdi ki, bu kimi tədbirlərin keçirilməsi günün vacib şərtlərindən biridir və tələbələr üçün xüsusi önəmi var.