AƏSMA prorektoru Xəyalə Məmmədova nüfuzlu beynəlxalq jurnalda redaktor müavini təyin edildi

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) beynəlxalq əlaqələr üzrə prorektoru, sosial fəlsəfə üzrə fəlsəfə doktoru, Xəyalə Məmmədova Şimali Makedoniyanın "ANGLISTICUM” adlı beynəlxalq səviyyəli elmi jurnalın - redaktor müavini vəzifəsinə qəbul edilib. Jurnal İngilis Ədəbiyyatı, Dilçilik və Fənlərarası tədqiqatlar sahəsində həm nəzəriyyənin, həm təcrübənin inkişafına mühüm töhfə verən, dünyanın bir çox ölkələrindən alimlərin təqdim etdiyi məqalələrin dərc edildiyi nüfuzlu jurnaldır.