Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Rəqəmsal bacarıqlar və ofis proqramları” üzrə təlimlərə start verildi



Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) rəqəmsal bacarıqların inkişafına yönəlmiş növbəti təlim proqramına start verilib. Təlim proqramı iştirakçıların müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla təmin olunmasını hədəfləyir.

Təlim çərçivəsində iştirakçılara kompüter savadlılığı, həmçinin rəqəmsal alətlərdən səmərəli istifadə qaydaları öyrədiləcək. Proqram nəzəri biliklərlə yanaşı, praktiki məşğələləri də əhatə edir və iştirakçıların əldə etdikləri bilikləri real iş mühitində tətbiq etmələrinə şərait yaradır.