Nəşrlərin Davamlı identifikatorlarla təmin edilməsinə dair əməkdaşlıq müqaviləsi imzalandı.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında fəaliyyət göstərən “Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi” və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu arasında beynəlxalq elmi jurnalların davamlı identifikatorlarla təmin edilməsinə dair əməkdaşlıq müqaviləsi imzalandı.

AMEA Rəyasət Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, TDRC-nin vitse-prezidenti, akademik Fikrət Əliyevin baş redaktoru olduğu, ingilis dilində nəşr olunan jurnallarda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir.

Azərbaycanın “Clarivate Analytics” agentliyinin bazasına daxil olan və yüksək impakt faktorlu ( təsir əmsalı) beynəlxalq elmi jurnalları türk dünyası elminin və eyni zamanda ölkəmizin bu istiqamətdə əldə etdiyi uğurları olaraq , beynəlxalq təşkilatlar tərəfindən birmənalı qəbul edilir.