AƏSMA-da “Davamlı şəxsi inkişaf, müsbət düşüncə və özünü motivasiya” mövzusunda təlim keçirilib

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin üzvlərinə “Davamlı şəxsi inkişaf, müsbət düşüncə və özünü motivasiya” mövzusunda təlim keçirilib.


Təlimin əsas məqsədi əməkdaşların şəxsi inkişafını dəstəkləmək, onların bilik və bacarıqlarını müasir yanaşmalar əsasında inkişaf etdirmək və peşəkar fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə töhfə verməkdir.