Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının nümayəndəsi Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Dayanıqlı Sosial-İqtisadi İnkişafda Qadınların Rolu” I Beynəlxalq Simpoziumunda iştirak edib.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan simpoziumda gender tədqiqatları, qadınların elmdə və sahibkarlıqda rolu ilə bağlı nəşrlərin təqdimatı və sərgi təşkil olunub.
Simpoziumda AƏSMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova iştirak edib.


