AƏSMA-da Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında 26 fevral 2026-cı il tarixində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub, Akademiyanın tələbələri tərəfindən “Xocalı – əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.