Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan “Təşkilati mədəniyyət və vətəndaşlarla ünsiyyət” mövzusunda təlim uğurla baş tutub.
Təlimin əsas məqsədi iştirakçılara təşkilati mədəniyyətin formalaşdırılması prinsipləri, effektiv kommunikasiya bacarıqları və vətəndaşlarla düzgün ünsiyyət strategiyaları barədə nəzəri və praktiki biliklərin aşılanması olub.
İnteraktiv formatda keçirilən sessiya zamanı iştirakçılar real situasiyalar üzərində müzakirələr aparıb, xidmət keyfiyyətinin artırılması və peşəkar davranış standartlarının tətbiqi ilə bağlı tövsiyələr əldə ediblər.



