“Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!” layihəsinin bağlanış mərasimi keçirildi

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir. Layihə çərçivəsində Heydər Əliyev irsinin öyrənilməsi və onun yaratdığı Konstitusiyanın gələcək üçün bir təməl rolu olmasının gənclər arasında maarifləndirməsi olmuşdur.