Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə tələbələr üçün “General English” təlimi uğurla başladı. Təlimin əsas məqsədi tələbələrin ümumi ingilis dili bacarıqlarını inkişaf etdirmək, onların qlobal təhsil və əmək bazarına inteqrasiyasını dəstəkləməkdir.




