Fevralın 13-də Mingəçevir Dövlət Universiteti (MDU) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” adlı tədbir keçirilib.
Forumun əsas məqsədi ali və orta ixtisas təhsilində keyfiyyət təminatı, dayanıqlı inkişaf, innovativ yanaşmalar, beynəlxalq akkreditasiya və universitet–sənaye əməkdaşlığı sahəsində aktual məsələlərin müzakirəsi, həmçinin bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasıdır.
Forumda 29 ali təhsil müəssisəsinin rəsmi qonaqları, tədris və keyfiyyət şöbələrinin mütəxəssisləri, professor-müəllim heyəti, eləcə də 24-dən çox şirkət və təşkilatın, keyfiyyət sahəsində peşəkarlaşmış qurumların nümayəndələri iştirak ediblər.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını tədbirdə Beynəlxalq Əlaqələr üzrə prorektor Xəyalə Məmmədova təmsil edib.

