30.01.2026-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası “İqtisadiyyat və idarəetmə” kafedrası, “İqtisadi araşdırmalar və İnnovasiya Mərkəzi” və “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu PHŞ” birgə iştirakı ilə “Müasir texnologiyalar: Qlobal trendlər, zəncirlər, 4.0 Sənaye texnologiyaları və Süni İntellekt” mövzusunda Elmi Seminar keçirilmişdir.
Seminarda əsasən Dördüncü Sənaye İnqilabı çərçivəsində ölkədə innovasiya və rəqəmsal transformasiya prosesləri, sənaye sahəsinin strukturunun yenidən qurulması və strateji inkişaf istiqamətləri, həmçinin su sektorunda rəqəmsal texnologiyaların tətbiqi, o cümlədən modelləşdirmə, süni intellekt və iqtisadi səmərəlilik məsələləri müzakirə olunmuşdur.







