30 yanvar 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı tərəfindən 2 Fevral – Gənclər Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə tədbir təşkil olundu. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ictimai həyatında fəal iştirakına görə bir qrup gənc partiya fəalı, həmçinin Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri təltif edildi. Tədbir bədii hissə ilə davam etdirildi, gənclər arasında viktorina keçirildi və qaliblərə hədiyyələr təqdim olundu. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.





