AHİK-in, üzv və tabe təşkilatların rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Sovet imperiyasının Bakıda törətdiyi 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatlarının rəhbərliyi və kollektivi Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın azadlığı uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.