Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) üzv təşkilatların rəhbərləri ilə görülmüş işlər və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər barədə müzakirələr davam etdirilir.
Növbəti tədbirdə AHİK-in üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİRK) sədri Elkiyar Ziyadov qurumun fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.
Komitə sədri mədəniyyət sahəsində çalışan işçilərin əmək hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi, layiqli iş şəraitinin yaradılması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib.
Görüşdə AHİK-in və üzv təşkilatların qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.


