Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi

Azərbaycanda milli elmi jurnalları, nəşrləri davamlı identifikatorlarla təmin etmək imkanlarımızın və bu sahədə əməkdaşlığımızın geniş olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində müəllif və davamlı nəşr rəhbərlərinin peşəkar inkişafına töhfə vermək məqsədilə, 2025-ci ilin sentyabr ayından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi” fəaliyyətə başlamışdır.


Davamlı identifikatorlar - elmi kommunikasiya sistemində insanları, təşkilatları və digər obyektləri (məsələn, kitablar, məqalələr, məlumat paketləri) unikal şəkildə müəyyən etmək üçün istifadə olunan alətlərdir. Davamlı identifikator rəqəmsal mənbəyə verilən uzunmüddətli istinaddır. Bu, mənbələri etibarlı şəkildə müəyyən etmək, yoxlamaq və tapmaq üçün məlumat verən unikal kodlardır.



Mərkəzinin əsas fəaliyyət istiqamətləri və xidmətləri


• Davamlı nəşrlərin çap və elektron identifikatorlarla ( İSSN, E-İSSN, DOİ, ROR, ORCİD İD, İGSN,İSRC və.s.) təmini və köməyin göstərilməsi,

• Müəlliflər üçün resenziya, məqalə və xülasələrin keyfiyyətinin artırılması üçün davamlı maarifləndirci təlimlər, konsultasiya keçirmək,

• Elmi nəşrlərdə beynəlxalq əməkdaşlıq çərçivəsində xarici alimlərin cəlb edilməsinə dəstək,

• Elmi nəşrlərin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair davamlı maarifləndirici təlimlərin təşkili;

• Təcrübəli mütəxəssisləri cəlb etməklə seminarlar, konfranslar təşkil etməklə, bu istiqamətdə qeyd edilən vacib məsələlərlə bağlı təcrübə mübadiləsi aparmaq,

• Davamlı İdentifikatorların yenilənməsi və redaktorların maarifləndirilməsi ilə bağlı mütəmadi olaraq, məlumat kitabçalarının hazırlanması,

• Mərkəzin fəaliyyəti ilə bağlı davamlı hesabatların hazırlanması,

• 3 dekabr, 2025-ci il tarixində AMEA-nın Rəyasət Heyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin təqdimatı ilə fəaliyyətə başlayan “ Redaktorluq Məktəbi” adlı layihə vasitəsilə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə davamlı nəşr rəhbərlərinin peşəkar inkişafına töhfə verilməsini vacib sayırıq.



Elmi məlumatlara çıxışı asanlaşdırın, rəqəmsal imkanlardan yararlanaraq, beynəlxalq elmi aləmdə öz yerinizi möhkəmləndirin!


Əlaqə məlumatları:


☎ +994 (10)-236-50-98 , +(994) 10 236-50-97 ( dax: 5265841)

✉︎ [email protected], [email protected]

📍︎ Azadlıq pr. 181, Bakı