Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Yeni İl Tədbiri Keçirilmişdir


26 dekabr 2025-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Yeni il münasibətilə tədbir keçirilmişdir.


Tədbir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən videoçarxın nümayişi ilə başlamışdır. Videoçarxda Konfederasiyanın il ərzində əmək, sosial münasibətlər və maarifləndirmə sahəsində gördüyü işlər əks olunmuşdur.


Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Musa Mirzəyev AHİK-in fəaliyyəti, əldə olunmuş nəticələr və gələcək strateji hədəflər barədə məlumat vermişdir. Daha sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayev akademiyanın təhsil, elmi və sosial istiqamətlər üzrə inkişaf perspektivlərindən bəhs etmişdir. Tədbirdə, həmçinin Akademiyanın IV kurs tələbəsi Ömər Sərxanlı çıxış edərək tələbə gənclərin ictimai və elmi fəallığının əhəmiyyətini vurğulamışdır.


Daha sonra birinci kurs tələbələrinə tələbə kartlarının təqdim olunması mərasimi keçirilmişdir.


Tədbirin yekununda Akademiyanın istedadlı tələbələrin iştirakı ilə səhnəcik və konsert proqramı təqdim edilmişdir.