AƏSMA-nın tələbələri üçün dövlət qulluğunun üstünlükləri barədə maarifləndirici tədbir

22 dekabr 2025-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Dövlət qulluğunun üstünlükləri və dövlət qulluğuna qəbul qaydaları” mövzusunda keçirilən təlimdə IV kurs tələbələri, magistrantlar iştirak ediblər.


Tədbirin açılışında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova qonaqları salamlayaraq ali təhsil alan gənclər üçün düzgün aparılan kadr siyasəti və dövlət qulluğunun üstünlükləri ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Elşad Əliyev və Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Təlim və təhlil sektorunun baş məsləhətçisi Həsənağa Hüseynov dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti, dövlət qulluğuna qəbul mexanizmləri barədə tələbələrə geniş məlumat veriblər.


Sonra tələbə və magistrantların mövzu ilə bağlı sualları cavablandırılaraq, maraqlı müzakirə şəklində davam etdirilib.