“Beynəlxalq Humanitar və Sosial İnkişaf Araşdırmaları” jurnalının növbəti sayı dərc olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Əmək və Sosial Münasibətlər Akademiyasının dəstəyi ilə dərc edilən “Beynəlxalq Humanitar və Sosial İnkişaf Araşdırmaları” (International Journal of Humanities and Social Development Research) adlı beynəlxalq elmi jurnalın 2025-ci ildə ikinci sayı işıq üzü görüb. İldə iki dəfə ingilis dilində nəşr olunan jurnalın saytı da ( https://www.ijhsdr.com/pages/homepage.html ) fəaliyyət göstərir.


Məlumat üçün bildirək ki, bütün beynəlxalq standartlara cavab verən “Beynəlxalq Humanitar və Sosial İnkişaf Araşdırmaları” (International Journal of Humanities and Social Development Research) beynəlxalq elmi jurnalın bu sayında mütəxəssislərin elmi-tədqiqat işlərində əldə etdikləri yeni nəticələri- Amerika və Yapon innovativ modelləri arasında müqayisəli təhlili ,təhsil siyasəti və platforma diskursunun kritik təhlili, sosial əlaqələrin qurulmasında rənglərin fərqli xüsusiyyətlərinin araşdırılması və.s kimi digər başlıqlı tədqiqat işləri öz əksini tapıb.


Elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb. Jurnalda elmi məqalələri ilə çıxış etmək istəyən tədqiqatçı-alimlər yazılarını [email protected] və ya [email protected] email ünvanına göndərə bilərlər.