TDHİT İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) İcraiyyə Komitəsinin iclası keçirilib.

Tədbirdə TDHİT çərçivəsində koordinasiyalı əməkdaşlığın əmək hüquqlarının qorunması və sosial dialoqun genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, birgə layihələrin icrası, təlim proqramlarının təşkili və təcrübə mübadiləsinin önəmi qeyd edilib.

İclasda əmək bazarında yeni çağırışlar və onların iş yerlərinə təsiri, müasir tələblərə və beynəlxalq standartlara uyğun layiqli iş şəraitinin yaradılması, eləcə də TDHİT-nin gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb, 2026-cı il üçün iş planı müzakirə olunub.

Sonra tədbir iştirakçıları AHİK-in “Çağrı Mərkəzi”ndə vətəndaş müraciətlərinin qəbulu üçün yaradılmış şəraitlə, “Kurort” Turizm İnformasiya Mərkəzində tətbiq olunan yeniliklərlə, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.