Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının e-AHİK Elektron Rezervasiya Platforması “IDDA Awards” müsabiqəsində “İlin rəqəmsal layihəsi” nominasiyası üzrə qalib elan edilib.
Müsabiqə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunub.
Qeyd edək ki, müsabiqəyə ümumilikdə 8 nominasiya üzrə 162 müraciət daxil olub. Müraciətlər çərçivəsində 58 mindən artıq vətəndaş açıq ictimai səsvermədə iştirak edib və qaliblər müəyyənləşib.



