Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub

Dekabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların əməkdaşları müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət edib, önünə əklil qoyub və güllər düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.