10 dekabr 2025-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Maliyyə və mühasibat” kafedrasının təşkilatçılığı ilə Konstitusiya və suverenlik ilinə həsr olunmuş Maliyyə uçotu sahəsində tələbələr arasında bilik yarışı keçirilib.
Tədbirin açılışında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Təlim-tərbiyə işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayev iştirakçıları salamlayaraq, tələbələrimizin gələcəkdə uğurlu audit, maliyyə və mühasibat sahələri üzrə ixtisaslı kadrlar olacağına inamını ifadə edərək , onlara uğurlar arzulayıb.
Yarışda maliyyə uçotu sahəsi üzrə təhsil alan tələbələrdən ibarət 6 komanda yarışırdı. İki turdan ibarət yarışda maliyyə hesabatlarının hazırlanması, mühasibat uçotu standartları, aktiv və öhdəliklərin tanınması, gəlir və xərc əməliyyatlarının uçotu kimi mövzular üzrə suallar cavablandırıldı. Komandalar hər iki turda Kahoot platforması üzərindən təqdim olunan suallara cavab verərək, öz bilik və bacarıqlarını nümayiş etdiriblər.Tədbir interaktiv formatda təşkil olunub, münsiflər heyəti tərəfindən sualların qiymətləndirilməsi tam şəffaflıqla aparılıb.
Yarışda iştirak edən “342” saylı komanda 1-ci yerə, “238” saylı komanda 2-ci yerə, “237” saylı komandası isə 3-cü yerə layiq görülub.
Azərbaycan Əmək və Sosial Münasibətləri Akademiyasının rəhbər heyəti qalibləri təbrik edərək, onları kubok və medallarla mükafatlandırıb.



