AƏSMA və Milli Observatoriyanın birgə əməkdaşlığı çərçivəsində PR–Marketinq təlimi təşkil olunub

05 dekabr 2025-ci il tarixində Əmək Bazarı və Əhalinin Sosial Müdafiəsi üzrə Milli Observatoriya ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında təsdiq edilmiş 2025-ci il üçün birgə fəaliyyət planı çərçivəsində AƏSMA-nın “Maliyyə-iqtisad” fakültəsinin tələbələri üçün “PR–Marketinq” mövzusunda təlim keçirilib.

Təlim Milli Observatoriyanın əməkdaşı Fidan Cəfərova tərəfindən aparılıb. Təlimin təşkilində əsas məqsəd tələbələrin bilik və bacarıqlarının artırılması, onların qeyri-akademik fəaliyyətlərinə dəstək göstərmək və praktiki düşünmə bacarıqlarını inkişaf etdirmək idi.

Təlim müddətində tələbələrə PR marketinqin mahiyyəti, əsasları, prinsipləri və beynəlxalq təcrübədən uğurlu nümunələr barədə geniş məlumat verilib və verilən suallar ətrafında interaktiv müzakirələr aparılıb.Təlimdə startap fəaliyyəti ilə məşğul olan tələbələr də iştirak edərək, öz layihələrində ictimaiyyətlə əlaqələr üzrə qarşılaşdıqları məsələlərlə bağlı fikirlərini paylaşıb və təlimçinin tövsiyələrini dinləyiblər.