04.11.2025-ci il tarixində AƏSMA “Gender Araşdırmalar Mərkəzi”nin və Magistratura şöbəsinin təşkilatçılığı ilə birlikdə “GENDER: BƏRABƏRLİK, AİLƏ, ELM” adlı tədbir keçiririlmişdir. İlkin olaraq Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Gender Araşdırmaları Mərkəzi”nin rəhbəri dos. N.Umarovatədbir iştirakçılarına keçirilən Elmi-Praktiki Konfranslaəlaqədar geniş məlumat verərək, bildirdiki, bu cür tədbirlərin keçirilməsi günün vacib şərtlərindən biridir. Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən t.ü.f.d. Fərid Babayev konfransi giriş nitqi ilə açaraq, qeyd etdi ki, gender məsələsi hazırda çox önəmlidir, ona görə də bu məsələni dərindən öyrənmək və araşdırmaq istiqamətində gənclərimiz bütün məsuliyyətləri ilə səy göstərməlidirlər. AƏSMA Gender Araşdırmalar Mərkəzinin üzvü, f.f.d., dos Zeynəddin Şabanov “Gender bərabərliyi: tərkmi, dərkmi?” mövzusunu maraqlı faktlarla izah etdi. Konfransda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası Qadınlar Şurasının sədr müavini, AMEA-nın gender üzrə məsul şəxsi, f.f.d., dos. Mahrux Nəcəfli “Azərbaycanda elmin gender göstəriciləri” mövzusunu video-təqdimatla izah edərək, bu sahənin xarakterik xüsusiyyətləri və müasir vəziyyəti ilə əlaqədar geniş məlumat verdi. Konfransda AƏSMA-nın magistrantı, “Peşəkar psixoloqlar” İctimai Birliyinin layihə rəhbəri Turqay Əlisalamzadə sualları ilə iştirakçılarla maraqlı dialoq təşkil etdi. Konfansda iştirak edən AƏSMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, fəl.f.d. Xəyalə Məmmədova bildirdi ki, bu cür tədbirlərin keçirilməsi sosiallaşma və maariflənmədə gənclər üçün çox önəm daşıyır. Tədbirin sonunda Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən t.ü.f.d. Fərid Babayev konfrans iştirakçılarına fəaliyyətləri üçün təşəkkür edərək, qeyd etdi ki, bu kimi tədbirlərin keçirilməsinin tələbələr üçün xüsusi önəmi var.





