AƏSMA-da Qırğızıstan həmkarlar ittifaqları nümayəndələri üçün keçirilən təlimlər başa çatıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Qırğızıstan həmkarlar ittifaqları nümayəndələri üçün təşkil olunan təlimlər başa çatıb.

İki gün davam edən təlimlər çərçivəsində iştirakçılara əmək hüquqları, təhlükəsiz və sağlam iş mühitinin təmin edilməsi, süni intellektin əmək bazarına təsirləri barədə ətraflı məlumat verilib.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Azərbaycana səfər çərçivəsində Qırğızıstan həmkarlar ittifaqları nümayəndələri Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.

Qırğızıstan nümayəndələri “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda da olub, qədim abidənin tarixi haqqında ətraflı məlumat alıblar.