“Yaşıl şəbəkə: Elmi İnnovasiya platforması” adlı layihəsinin yekun-hesabat tədbiri

03 noyabr, 2025-ci il tarixində Əmək və Sosial Münasibətlər Akademiyasında “Yaşıl şəbəkə: Elmi İnnovasiya platforması” adlı layihənin yekun-hesabat tədbiri baş tutdu. Layihə elm və biznes sektorunda tədqiqat və innovasiyaya əsaslanan yaşıl keçidə dəstək verən təşəbbüs əsasındahazırlanmışdır. Məqsəd iqlim və ətraf mühitin qayğısına qalan, elmi cəhətdən iqtisadi dəyər yaradan davamlı inkişafa dəstək verməkdir.


Tədbirdə layihə çərçivəsində hazırlanan “Yaşıl innovativ biliklərin xəritələşdirilməsi: Problemlər və perspektivlər” adlı nəşrin təqdimatı da həyata keçirildi. Yaşıl Elmi İnnovasiya platforması olaraq, missiyamız bizim tədris və təlimin bütün səviyyələrində yaşıl elmin inteqrasiyasının genişliyini artırmaqla, təhsil sistemində transformativ dəyişiklik yaratmaqdır. Bu bizim kollektiv fəaliyyət çağırışımızdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ildə “Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problem” mövzusu üzrə elan etdiyi qrant müsabiqəsində “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi ilə tərəfdaş qismində iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vəAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası birgə “Yaşıl şəbəkə: Elmi İnnovasiya platforması” layihəsinin icra müddətiuğurla yekunlaşdırılmışdır.


Tədbirdə ilk öncə, Əmək və Sosial Münasibətlər Akademiyasının Sosial iş fakültəsinin dekanı Nurəngiz Mikayılovanın hesabat konfransına gələn qonaqları salamlaması və layihənin gedişatı ilə bağlı öz xoş təəssüratlarını konfrans iştirakçılarının diqqətinə çatdırması ilə başladı. Çıxışdan sonra “Iqlim Dəyişikliyi ilə bağlı ” maarrifləndirici videoçarxı və layihənin yekun hesabat-videoçarxı nümayiş olundu.


Layihənin eksperti Pərvanə Xıdırova öz məruzəsində qeyd etdi ki, layihə çərçivəsində yaranan elmi şəbəkətəhsil modelini dəyişdirmək, böyük problemləri həll etmək, davamlı gələcəyi təmin etmək üçün məsuliyyətli qlobal vətəndaşları bilik, bacarıq və alətləri ilə təmin edən tədris və öyrənmə icmasıdır.


Layihə nəticəsində dərc edilmiş, “Yaşıl innovativ biliklərin xəritələşdirilməsi: Problemlər və perspektivlər” adlı nəşrin təqdimatında bildirdi ki, 42 məqalə qeydiyyata alınıb. Onlardan 19 məqalə rəy mərhələsindən keçərək, məqsədəuyğun hesab edilib. Kitabda ətraf mühitdə süni intellektin rolu, Qarabağ bölgəsində alternativ enerjinin istifadə imkanları, tullantıların innovativ idarəedilməsi, turizmin inkişafında müasir yanaşmalar, bərpa-quruculuq işlərində yaşıl enerjinin və rəqəmsal xəritələşmənin rolunu əks etdirən mövzulara dair məqalələr daxil edilmişdir. Kitab rəsmi saytda yerləşdirilmiş və rəqəmsal obyektiv identifikator kodları ilə təmin olunmuşdur.


Əmək və Sosial Münasibətlər Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, layihənin rəhbəri Xəyalə Məmmədova çıxışındabildirdi ki, Yaşıl platforma layihələri tədqiqat və bilik istehsalından tutmuş davamlı, yaşıl məhsul və xidmətlərin sınaqdan keçirilməsinə, kommersiyalaşdırılmasına və sənayeləşdirilməsinə qədər bütün dəyər zəncirini əhatə etməlidir. Elmi platformanın inkişafı bir komanda işi və məsuliyyətdir. Layihə çərçivəsində yaranan Yaşıl Şəbəkə elmi platformasıyaşıl elmə sadiq olanlar üçün vahid icma təklif etdiyini, bu platforma ilə əlaqə saxlamaqla hər kəs davamlı elmin gələcəyini formalaşdırmağa kömək etməklə yanaşı, təhsil və tədqiqat ehtiyaclarınızı dəstəkləyən canlı şəbəkəyə də töhfə verəcəyini bildirdi. Çıxışın sonunda Layihənin Təşkilat Komitəsi üzvlərinə, tərəfdaş təşkilatlarına təşəkkürünü bildirdi və məqalələri nəşr edilən müəlliflərə öz səmimi təbriklərini çatdırdı.


Müəlliflərdən Zeynəddin Şabanov və Ağasəlim Həsənova çıxış üçün söz verilərək, nəşrdə dərc edilmiş məqalələri haqqında maraqlı məruzələri dinlənildi.


Sonunda, qonaqlara kitablar hədiyyə edildi və xatirə şəkili çəkdirildi.