30-31 oktyabr 2025-ci il tarixlərində, Rumıniyanın "Vasile Aleksandri" Universitetinin təşkilatçılığı ilə “Diskursiv formalar. Mədəniyyətlərarası Əlaqələr və Mobillik” adlı onlayn beynəlxalq konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova “Beynəlxalq mobillik mədəniyyətinin formalaşmasında ünsiyyətin rolu” adlı elmi- tədqiqat işi iləçıxış etdi.
Rumıniyanın İași şəhərində yerləşən „Alexandru Ioan Cuza” Universitetinin Fəlsəfə və Sosial-Siyasi Elmlər Fakültəsi ; Ruminiyanın Qalati şəhərində yerləşən"Dunarea de Jos" Universiteti; Fransanın Pasquale Paoli Universiteti ; Bolqarıstanın Konstantin Preslavski Universiteti Italiyanın Romadakı Tor Vergata Universiteti ; İspaniyanın Lérida Universiteti ; Albaniyanın Fan S. Noli Universiteti ; İtaliyanın Messina Universiteti; Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universiteti ; Frankofoniya Universiteti Agentliyi və Rumıniya İnkişaf Assosiasiyası kimi təşkilat və ali təhsil ocaqları beynəlxalqkonfransın həm-təşkilatı qismində çıxış etdilər.
İki gün davam edən beynəlxalq konfransa 20-ə yaxın ölkədən dəvət edilən 50-dən çox beynəlxalqtədqiqatçı alimlər multikultural kontekstdə miqrasiya, , tərcümə mədəniyyəti , rəqəmsal kommunikasiya , dil mobilliyi, mədəniyyət kimliyi, ünsiyyət problemləri və .s. bu kimi sahələrdən olan tədqiqat-məruzələrini təqdim etdilər və təşkil edilən müzakirələr bölümündə maraqlı mövzularda geniş müzakirə apardılar.

