22-26 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında “Həmkarlar ittifaqları və əmək qanunvericiliyi: əsas istiqamətlər, problemlər, perspektivlər” mövzusunda 5 günlük ixtisasartırma təlimi uğurla başa çatıb. Müvafiq proqram çərçivəsində iştirakçılara həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri, əmək qanunvericiliyinin tətbiqi, mövcud problemlər və inkişaf perspektivləri barədə nəzəri və praktiki biliklər təqdim olunub.
Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.