27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kollektivi, üzv və tabe təşkilatların əməkdaşları Zəfər parkında olublar.
Vətənimizin müdafiəsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, xatirə daşının önünə gül dəstələri qoyulub.