Dəyərli AƏSMA müəllimləri və tələbələri!
15 sentyabr yeni tədris ilinin başlanğıcıdır. Sabahdan Akademiyamızda yeni ümid və gələcəyimiz olan gəncliyin səsi yenidən eşidiləcək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasına etimad edən, ona dəyər verən bütün tələbələrimizi, valideynlərimizi, müəllimlərimizi, həmkarlarımızı və bütün təhsil ictimaiyyətini “Bilik Günü” münasibətilə təbrik edir, hər birinə can sağlığı və yeni uğurlar arzu edirik.
Sizinlə birlikdə daha böyük uğur və qələbələrə imza atacayıq!