AƏSMA-da “Açıq qapı” günü təşkil edilib

8 sentyabr 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) yeni tədris ilində qəbul olunmuş tələbələr və onların valideynləri üçün “Açıq qapı” günü təşkil edilib.

Tədbirin əsas məqsədi tələbə və valideynləri Akademiyanın fəaliyyəti ilə yaxından tanış etmək, onların suallarını cavablandırmaq və tədris prosesi barədə ətraflı məlumat vermək olub.

“Açıq qapı” günündə iştirak edənlərə Akademiyanın fəaliyyət istiqamətləri, laboratoriyaları, təlim mərkəzləri və tələbələr üçün yaradılan imkanlar barədə geniş məlumat təqdim olunub. Tələbə və valideynləri maraqlandıran bütün suallar Akademiya heyəti tərəfindən cavablandırılıb.