2025/2026-cı tədris ilində AƏSMA-ya qəbul olan tələbələr üçün canlı yayım keçirilib

4 sentyabr 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasına (AƏSMA) 2025/2026-cı tədris ilində qəbul olan tələbələr üçün facebook və instagram soaial platformaları üzərindən canlı yayım keçirilib.

Canlı yayım zamanı yeni qəbul olunan tələbələrin və valideynlərin çoxsaylı sualları Akademiyanın rəhbərliyi tərəfindən cavablandırılıb. Onlara Akademiyada olan təhsil prosesi, tədris proqramları, elmi kitabxana, yataqxana imkanları, AHİK könüllüləri proqramı, müxtəlif təlimlər, tələbələr üçün nəzərdə tutulan güzəştlər və onları maraqlandıran digər sahələr barədə ətraflı məlumat təqdim olunub.

AƏSMA-nın rəsmi sosial media hesablarında yayımlanan canlı yayım geniş izləyici auditoriyası tərəfindən maraqla qarşılanıb. Tələbələr birbaşa suallarını ünvanlamaq və cavab almaq imkanı əldə ediblər.