🌍 “Ecoguard” ekoloji maarifləndirmə düşərgəsi


‘’Ədliyyə könüllüləri’’ İctimai birliyi Ədliyyə Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu, “Coca-Cola Azerbaijan” MMC və “Gənc könüllülər” İctimai birliyi ilə birgə gənclərin ekoloji biliklərini artırmaq, təbiətin qorunması mövzusunda düzgün vərdişlər formalaşdırmaq və ekoloji maarifləndirməni dəstəkləmək məqsədilə “Ecoguard” düşərgəsinə start verir. Düşərgədə 16-26 yaş aralığında gənclər iştirak üçün müraciət edə bilər.


📅 15–19 sentyabr

📍 Xaçmaz rayonu, Nabran qəsəbəsi


Beş gün ərzində iştirakçıları bunlar gözləyir:

Ekoloji mövzuda interaktiv təlimlər

Qrup və komanda işləri

Praktik fəaliyyətlər və təbiəti qoruma aksiyaları

Əyləncəli oyunlar və sosial proqramlar


Bu layihə gənclərin həm ekoloji mövzuda biliklərini artıracaq, həm də komanda ruhunu və sosial bacarıqlarını gücləndirəcək.


🔗 Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/TALZpB8jiJdQQxxq9


Qeydiyyat linkini həmçinin Ədliyyə Könüllüləri səhifəsinin bio hissəsindən əldə edə bilərsiniz.


Son qeydiyyat tarixi: 6 sentyabr 23:59