2025/2026-cı tədris ili üçün DİM tərəfindən keçirilən imtahanların nəticələrinə görə Akademiyaya qəbul 100% həyata keçirilib. Yəni əyani və qiyabi təhsil forması üzrə planlaşdırılmış yerlərin hamısına qəbul tam olaraq yerinə yetirilib.
AƏSMA Respublika üzrə qəbul planı 100% yerinə yetirilən bir neçə ali təhsil müəssisələri sırasındadır. Bu il AƏSMA-ya qəbul kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərinə görə də əvvəlki illərin nəticələrindən müsbət mənada xeyli fərqlənir.
Akademiyaya müxtəlif ixtisaslar üzrə subbakalavrlar da daxil olublar. Bu il onların da qəbulu zamanı keyfiyyət göstəriciləri yüksəlib.
Müxtəlif indikatorlar üzrə ilkin təhlillər göstərir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası qısa bir zaman ərzində uğurlu nəticələrə imza atıb.