AƏSMA-da IOSH “Təhlükəsiz İdarəetmə” beynəlxalq təlimi keçirilir


25 avqust 2025-ci il tarixindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Böyük Britaniyanın IOSH (Institution of Occupational Safety and Health – Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu) proqramı əsasında “Təhlükəsiz İdarəetmə” üzrə beynəlxalq təlim keçirilir. Təlimdə iştirak edənlər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv təşkilatlarında çalışan əməkdaşlar iştirak edirlər.

Təlimin əsas məqsədi əmək mühitində təhlükəsizliyin və sağlamlığın qorunması üzrə müasir yanaşmaların öyrənilməsi, risklərin idarə edilməsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi və müəssisələrdə təhlükəsizlik mədəniyyətinin gücləndirilməsidir.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tərəfindən təşkil olunan belə yüksək statuslu təlim, həmkarlar ittifaqlarının üzvlərinin peşəkar fəaliyyətində yeni dəyər yaradır.

Təlimin yekununda imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara beynəlxalq səviyyədə tanınan IOSH (“Təhlükəsiz İdarəetmə” üzrə) beynəlxalq statuslu sertifikat təqdim olunacaq.