AHİK-in üzv və tabe təşkilatları ilə AƏSMA-da görüş keçirilib

19 avqust 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv və tabe təşkilatları ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) görüş keçirilib.

Görüşdə üzv və tabe təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində, AƏSMA-nın fəaliyyəti, tədris sistemi və inkişaf istiqamətləri barədə geniş məlumat verilib, gələcəkdə nəzərdə tutulan tədbirlər diqqətə çatdırılıb, həmçinin məzunlarının məşğulluğunun təşviqinə dair təkliflər irəli sürülüb.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb.