Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları üçün 11 avqust 2025-ci il tarixində “Effektiv ünsiyyət və düzgün kommunikasiyanın qurulması” mövzusunda ixtisasartırma təlimi keçirilib.
Təlimin açılışında Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən, dosent Yusif Ağayev çıxış edərək AƏSMA-nın fəaliyyəti, təhsil pillələri, İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin məqsəd və istiqamətləri, eləcə də son dövrlərdə qurulan yeni əməkdaşlıqlar barədə ətraflı məlumat verib. O, həmçinin belə təlimlərin həmkarlar ittifaqları üzvlərinin bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Daha sonra AHİK-in Gənclər, sosial layihələr və gender məsələləri ilə iş şöbəsinin müdiri Gülnarə Hüseynova iştirakçılara təlim keçib. Təlim proqramı iştirakçıların peşəkar ünsiyyət bacarıqlarının inkişafına yönəlib, effektiv ünsiyyətin əsasları, qeyri-verbal və multikultural kommunikasiya, münaqişələrin idarə olunması, eləcə də real situasiyalara əsaslanan praktiki məşğələləri əhatə edib.