25 iyul 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında cari tədris ili üzrə yekun Elmi Şura keçirilib.
İclasda yaz semestrinin imtahan sessiyasının və istehsalat təcrübəsinin yekunları, həmçinin tədris prosesinin təşkilinə dair struktur bölmələrin hesabatları dinlənilib, cari məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.