AƏSMA-da “Əmək qanunvericiliyinin həmkarlar ittifaqı fəaliyyətinə tətbiqi” mövzusunda onlayn təlim keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə 21-25 iyul 2025-ci il tarixində “Əmək qanunvericiliyinin həmkarlar ittifaqı fəaliyyətinə tətbiqi” mövzusunda onlayn təlim keçirilib.

Təlim proqramı aşağıdakı mövzuları əhatə edib:

●Əmək qanunvericiliyi sistemi;

●Əmək münasibətlərinin rəsmiləşdirilməsi;

●Əmək müqavilələrinə əlavə və dəyişikliklərin edilməsi;

●Əmək mübahisələrinə baxılması;

●Əmək müqavilələlərinə xitam verilməsi halları.

İxtisasartırma təlimi uğurla başa çatıb və iştirakçılara sertifikatlar təqdim olunub.