AƏSMA-da magistratura səviyyəsinə elektron sənəd qəbulu

Magistraturaya qəbul olan bakalavrların nəzərinə!

Magistratura səviyyəsinə qəbul olunan şəxslərin qeydiyyatı elektron formada portal.edu.az saytı vasitəsilə aparılır.

QEYD: Portal.edu.az saytında qeydiyyatdan keçməyən şəxslər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul olunmamış hesab ediləcək və onlar barəsində qəbul əmri verilməyəcək.

Qeydiyyat üçün tələb olunan sənədlər

(Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olunan bakalavrlar üçün):

Təhsil haqqında sənəd:

Əvvəlki illərin məzunları üçün: diplom və diploma əlavəsinin surəti;

Cari ilin məzunları üçün: universiteti bitirdikləri barədə arayış.

QEYD: Ödənişli əsaslarla qəbul olunan şəxslər qeydiyyat zamanı I tədris ilinin təhsil haqqının ən azı 50%-ni ödəməlidirlər.


Təhsil haqqında azad olunan imtiyazlı şəxslər aşağıdakılardır: (qeydiyyat zamanı imtiyazı təsdiq edən sənədlər portalda yerləşdirilməlidir)

Valideyn himayəsindən məhrum olan şəxslər:

Hər iki valideyni vəfat etmiş; bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş; valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər (övladlığa götürüldükdə belə) ali, orta ixtisas və peşə təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində əyani formada 23 yaşınadək təhsil alan şəxslər.


Əlilliyi müəyyən edilmiş şəxslər:

Ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;

Dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə əlilliyi olan şəxslər; 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan və aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.


Şəhid və müharibə əlillərinin övladları:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqları.


Müharibə veteranları:

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər.