Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında əməyin mühafizəsinə dair təlim təşkil olunub.
Konfederasiyanın Əməyin və sağlamlığın mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən keçirilən təlimdə AHİK-in üzv təşkilatı Xidmət və Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinə daxil olan ilk həmkarlar ittifaqlarının rəhbər şəxsləri iştirak ediblər.
Təlimdə əməyin təhlükəsizliyi üzrə qanunvericilik, əməyin mühafizəsinə dair işin təşkili, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması və digər məsələlər barədə geniş məlumat verilib.
Sonda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.