AƏSMA-nın prorektoru beynəlxalq tədbirdə çıxış edib

26-28 iyun, 2025-ci il tarixlərində Filippində Saint Louis Tuguegarao Universitetinin ev sahibliyi və yeddi ali təhsil müəssisəsinin həm-təşkilatçılığı ilə birgə həyata keçirilən Tədqiqat, İnnovasiya və Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Konfrans (International Conference on Research, Innovation, and Sustainable Development supports SDGs -ICRISD)dayanıqlı inkişaf məqsədlərinə yönəlmiş ən yaxşı təcrübə- fikir mübadiləsi və tərəfdaşlığı gücləndirmək üçün dünyanın hər yerindən tədqiqatçıları, novatorları, pedaqoqları və sənaye ekspertlərini bir araya gətirdi.

Filippin, İndoneziya, Çin, Banqladeş, Oman və digər ölkələrdən ümumilikdə 70-ə yaxın tanınmış tədqiqatçı iştirak etdi, virtual sessiyalara 100-dən çox iştirakçı qoşuldu.

Tuguegarao şəhərində baş tutan və virtual olaraq Zoom vasitəsilə əlçatan olan konfransın məqsədi davamlılıq problemlərini həll edən innovativ layihələri işıqlandırmaq, tədqiqatçılara öz işlərini təqdim etmək üçün qlobal səhnə təqdim etmək və birgə təşəbbüsləri inkişaf etdirmək üçün akademik institutlar, sənayelər və dövlət qurumları arasında şəbəkələşməni təşviq etmək idi.

Beynəlxalq konfransda Azərbaycanı təmsil edən və əsas spiker dəvət edilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru Dr. Xəyalə Məmmədova, tədbirin ikinci günündə “Dayanıqlı İnkişaf Məqsədləri naminə Yaşıl innovasiyalar və Qlobal tərəfdaşlıqlar” mövzusu ilə bağlı geniş məruzə etdi. Məruzəsində yaşıl innovasiya və qlobal tərəfdaşlıqlara həsr olunmuş çıxışında beynəlxalq əməkdaşlıq vasitəsilə ekoloji dayanıqlığın gücləndirmə metodları üzrə apardığı araşdırmasını təqdim etdi və ölkəmizin təcrübəsini paylaşdı. O, qurumları, ölkələri sinerji yaratmaq və iqlim problemlərinə qarşı mübarizə aparmaq üçün eko-innovativ həlli yolları ilə bağlı məlumat verdi. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi , belə bir mötəbər tədbirin Bakıda baş tutması qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, ölkəmizdə bu sahədə aparılan mühüm xidmətlərlə də bağlı olduğu bildirdi. Bu gün dünyada geosiyasi ziddiyyətlərin kəskinləşdiyi bir dövrdə Azərbaycanın belə bir önəmli tədbirəev sahibliyi etməsi dünya ictimaiyyətinin dəyərli üzvlərini bir araya gətirərək, mərkəz rolunu oynaması, iqlim maliyyəsi və enerji keçidi kimi əsas məsələlərdə ölkələr arasında ümumi dialoq yaradaraq, dünyada sülhə dəstək missiyasını həyata keçirmək istiqamətində mühüm rol oynadığını da qeyd etdi.

Konfransın növbəti günlərində keçirilən əsas sessiyaların, paralel tədqiqat təqdimatlarının və görkəmli məruzəçilərin iştirak etdiyi plenar sessiyaların cəlbediciliyi konfrans ideyalarını bölüşmək, bir-birindən öyrənmək , təhsil və innovasiyanın nə üçün vacib olduğunu xatırlatmaq üçün geniş platforma rolunu oynaması idi.

Konfransda aparılan müzakirələrdə qlobal problemlərin həllində innovasiya, institusional tərəfdaşlıq və məsuliyyətli tədqiqat təcrübələrinin vacibliyini vurğulandı.

Tədbir haqqında əlavə məlumat üçün bu linkdən istufadə edilə bilər:


https://www.slu.edu.ph/2025/06/26/international-conference-on-research-innovation-and-sustainable-development/