AƏSMA-da ATİAHİ-nin üzv təşkilat sədrləri üçün “Əmək Qanunvericiliyinin Tətbiqi Problemləri” mövzusunda təlimlərə başlanılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv təşkilat olan Azərbaycan Təhsil İşçiləri Azad Həmakarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə 2025-ci il aprelin 14-dən etibarən “Əmək Qanunvericiliyinin Tətbiqi Problemləri” mövzusunda təlimlərə başlanılıb.

Təlim proqramı ATİAHİ-yə üzv təşkilatların sədrləri üçün nəzərdə tutulub və mərhələli şəkildə həyata keçirilir. Təlimlər AƏSMA-nın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində təşkil olunur.

Bu təlimin əsas məqsədi əmək hüququ sahəsində rəhbər heyətin nəzəri biliklərini və praktiki bacarıqlarını gücləndirmək, eləcə də qanunvericilik və tətbiqi məsələlər üzrə maarifləndirməni təmin etməkdir.

Təlimlər peşəkar hüquqşünaslar və sahə üzrə təcrübəli mütəxəssislər tərəfindən aparılır.