Akademiyada qiyabi təhsil forması 2019-2020-ci tədris ilinə təsadüf etmiş Mühasibat uçotu və audit, İqtisadiyyat və Maliyyə ixtisasları üzrə tədris prosesi başlamışdı. Müraciətlərin say çoxluğuna əsasən 23.09.2022-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Qiyabi, əlavə təhsil və əcnəbi tələbələrlə iş” şöbəsi yarandı. İldən-ilə inkişaf edən şöbədə kadr hazırlığı aparılan ixtisasların sayı altıya çatdı (İqtisadiyyat, Maliyyə, Mühasibat, Dövlət bələdiyyə idarəetməsi, Sosial iş, Marketinq).
Bu inkişafa yeni bir istiqamət olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010 -ci il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na əsasən şöbədə artıq yalnız ödənişli əsaslarla, qiyabi təhsil alma formasında adları yuxarıda sadlanan ixtisaslar üzrə təkrar ali təhsilin tədrisi təşkil olunmağa başladı.Tədris portal.edu.az saytında təkrar ali təhsil üçün qeydiyyatdan keçən və müsabiqəni uğurla tamamlayan fiziki və hüquqi şəxslərlə Akademiya arasında aparılan müqavilələr əsasında, baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2015 -ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 3.1-1, 3.1.5. bəndlərinə əsasən bağlanmış müqavilələr əsasında tədrisin təşkilinə isə 2022-ci ildənbaşlandı. Müxtəlif xarici ölkə vətəndaşlarının qəbulu Akademiyanın bir çox tədbirlərinin, seminarlarının rəngarəngliyini artırdı.