Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) ixtisas kafedralarından biri “İqtisadiyyat və idarəetmə” kafedrasıdır. AƏSMA ilk əvvəl Moskva Əmək və Sosial Münasibətlər Akademiyasının (MƏSMA) Bakı Filialı kimi fəaliyyət göstərmiş. 2006-cı ildən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməklə MƏSMA Bakı Filialının bazası əsasında sərbəst ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Kafedra ilk olaraq “Menecment, dövlət və bələdiyyə idarəetməsi” kafedrası adı altında 2006-cı ildən fəaliyyət göstərmişdir. Kafedra yarandığı gündən daima kadr potensialını genişləndirərək inkişaf edir.
Ümumilikdə kafedra 26 nəfərdən ibarətdir: 2 nəfər iqtisad elmləri doktoru, professor və professor əvəzi, 7 nəfər iqtisad üzrə fəlsəfə doktoru, dosent, 7 nəfər iqtisad üzrə fəlsəfə doktoru, ondan 2 nəfər dosent əvəzi, 5 nəfər dissertant və doktorant, 4 nəfər müəllim və 1 laborant vardır.
Kafedraya 2006-2013-cü illərdə i. e. n., dosent İsmayılov Güloğlan İskəndər oğlu, 2014-2015-ci illərdə i. e. n., dosent Quliyev Şövqi Bəhlul oğlu rəhbərlik etmişdir. Kafedranın adı 2015-ci il tarixdən “İqtisadiyyat və idarəetmə” olmuş və ona i.e.n., professor Möhbalıyev Fərhad Firudin oğlu rəhbərlik etmişdir. 15 Sentyabr 2017-cü il tarixdən kafedraya i. e. d., professor Vilayət İbrahim oğlu İsmayılov rəhbərlik edir.