“Riyaziyyat və informasiya texnologiyaları” kafedrası

I Kafedra haqqında ümumi məlumat

“Ümumi riyaziyyat və təbiət elmləri fənləri” kafedrası 2006-cı ildən dərs yükünün azlığı baxı­­mın­dan ictimai əsaslarla fəaliyyətə başlamış, 16 sentyabr 2011-ci ildən isə Akademiyanın nəzdində sərbəst kafedra kimi təsis edilmişdir. Kafedrada Dövlət Standartının 2004, 2009, 2014 və 2020-ci illərdə dəyişdirilməsi ilə əlaqədar tədris proqramlarında dəyişikliklər aparılmışdır.

2019-cu ildən etibarən “Ümumi riyaziyyat və təbiət elmləri fənləri” kafedrasının adı dəyişilərək yeni tərkib heyəti ilə “Ümumi fənlər” adı altında fəaliyyətə başlamışdır, üzün illər kaferdraya dos. S.Şirinov rəhbərlik etmişdir.

28 dekabr 2021-ci il tarixindən etibarən “Ümumi fənlər” kafedrasının adı dəyişmiş və yeni tərkib heyəti ilə “Riyaziyyat və informasiya texnologiyaları” kafedrası yaradılmışdır, yarandığı gündən etibarən kafedraya tex.ü.f.d.,dos. N.Ə.Umarova rəhbərlik edir.

Akademiyanın bütün ixtisasları üzrə kafedrada tədris olunan fənlər Dövlət standartına uyğun olaraq yüksək səviyyədə tədris olunur.


II Kadefra heyəti:

  1. tex.ü.f.d.,dos.Niyar Umarova Əvəz q.
  2. b.ü.f.d., dos. Sirac Məmmədov Şəmi o.
  3. riy.ü.f.d. Firanə Məmmədova Mənsim q.
  4. riy.ü.f.d. Cəmilə Abdullayeva Novruz q.
  5. riy.ü.f.d. Sevinc Xalıqova Zaid q.
  6. Təranə Vəliyeva Həsəhəli q.
  7. Allahverdi Cabbarov Zeynal o.
  8. Yunis Ələkbərov İbrahim o.
  9. Sayad Eldarova Əmirhüseyn q.
  10. Validə Məmmədova Mürad q. (laborant)


III Bakalavriat pilləsində tədris olunan fənlər

  1. Xətti cəbr və riyazi analiz
  2. Ehtimal nəzəriyyəsi və riyazi statistika
  3. Sosial işdə riyazi metodlar
  4. İnformatika
  5. IKT-baza kompüter bilikləri
  6. İKT.
  7. Neyrobiologiya
  8. Ekonometrika
  9. Ekologiya
  10. SƏTƏMM
  11. Mülki müdafiə


IV Elmi iş

“Riyaziyyat və İT” kafedrasının tərkibinə 9 nəfər professor-müəllim heyəti daxildir, onlardan 2 nəfəri dosent və 3 nəfəri riy.üzrə fəlsəfə doktorudur. “Riyaziyyat və İT” kafedrası heyətinin 2018-2025-ci illər üçün eimi-metodiki fəaliyyəti aşağıdakı kimi olmuşdur:

Bakalavriat pilləsində 11 tədris proqramı işlənib, yerli və xarici jurnallarda, konfranslarda çap olunan məqalələrin sayı 52, tezislərin sayı 14, dərs vəsaitlərinin sayı 7 və 1 dərslik çap olunmuşdur.