Tədris və keyfiyyətin təminatı şöbəsi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının struktur bölməsi olaraq, tədris prosesini idarə edən, kafedra və fakültələrinin tədris, tədris-metodiki fəaliyyətini planlaşdıran və bu prosesi təşkil edən orqandır. Şöbənin əməkdaşlarının vəzifələri Akademiyanın Nizamnaməsi, normativ aktlar və əmək müqaviləsinin şərtləri ilə müəyyən olunur. Tədris şöbəsində tədrisin keyfiyyətini yüksəltmək məqsədilə metodistlər fəaliyyət göstərir.
Tədris və keyfiyyətin təminatı şöbəsinə fəlsəfə üzrə fəlsəfə doktoru Məmmədtağı Rzayev rəhbərlik edir.